19 Noyabr 2022 09:47
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-qərbindəki Xuzistan əyalətinin İze şəhərində ötən gün silahlı hücum nəticəsində həyatını itirən 9 yaşlı Kian Pirfelek adlı uşağın dəfn mərasimi hökumət əleyhinə etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, həyatını itirən uşağın dəfn mərasiminə qatılan yüzlərlə insan ölkə rəhbərliyinə və səlahiyyətlilərinə etiraz edib, hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Yyaılan görüntülərdə hücum nəticəsində həyatını itirən uşağın anası Zeynəb Mövlayinin “hücumun terrorçular deyil, təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirildiyini” dediyi hissə də yer alıb. Dəfn mərasimində “Biz igid millətik, İranı geri alacağıq” misralı şeir də oxunub.

Digər tərəfdən hücumda həyatını itirənlər üçün şəhər mərkəzində təşkil edilən dəfn mərasiminə qatılan prezidentin müavini Muhsin Rzai hücumla əlaqədar 11 nəfərin nəzarətə alındığını açıqlayıb.

Qeyd edək ki, İranın Xuzistan əyalətinin İze şəhərində keçirilən Məhsa Emini etirazları zamanı naməlum motosikletlilərin nümayişçilərə və təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində biri Kiyan Pirfelek adlı uşaq olmaqla 7 nəfərin öldüyü, 5 mühafizəçinin yaralandığı açıqlanıb.

Xuzistan əsasən ərəb mənşəli vətəndaşların sıx məskunlaşdığı ərazidir.

İsfahan şəhərində eyni vaxtda motosikletlərin təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumu nəticəsində İnqilab Keşikçiləri Ordusunun bir polkovniki və Besiç milislərindən 2 nəfər həlak olub. İran rəsmiləri hücumları terror aktı kimi qiymətləndirib.


Müəllif: Nemət

Oxşar xəbərlər