ABŞ-ın Ərbil Baş Konsulluğu qarşıdakı günlərdə Türkiyənin Suriyanın şimalında və Şimali İraqda potensial hərbi əməliyyatlar keçirəcəyi barədə kəşfiyyat məlumatları əldə etdiklərindən ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, ABŞ hökuməti ABŞ vətəndaşlarına bu ərazilərdən uzaq durmağı tövsiyə edib.
“Dövlət Departamentinin İraqa səfərlər üzrə məsləhətçiliyi 4-cü səviyyədə qalır: Terrorizm, adam oğurluğu, silahlı münaqişə, daxili qarışıqlıq və İraq Missiyasının ABŞ vətəndaşlarına dəstək göstərmək imkanlarının məhdudluğu səbəbindən bu ərazilərə səyahət etməyin”, - məlumatda deyilir.
Qeyd edək ki, bu yaxınlarda “Röyter”ə danışan bir türk rəsmisi İraqdakı sərhəd əməliyyatından sonra Türkiyənin Suriyanın şimalındakı hədəflərə dönəcəyini açıqlamışdı.