8 aydan sonra Ukraynanın paytaxtı Kiyevdən Xerson şəhərinə ilk sərnişin qatarı yola düşüb.
Teleqraf.com xəbər verir ki, Kiyevdəki vağzaldan yerli vaxtla saat 22.30-da yola düşən sərnişin qatarının bu gün Xersona çatacağı gözlənilir.
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Ukrayna baş nazirinin müavini İrina Vereşçuk və Kiyevdə rəsmi təmasda olan Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Kiyev stansiyasında keçirilən mərasimdə iştirak ediblər. Nazir Kubrakov da evlərinə qayıdan Xerson sakinləri, mətbuat nümayəndələri və təhlükəsizlik işçiləri ilə qatara minib.