Ukrayna ordusu Xerson vilayətində 40 rus hərbçisini məhv edib, daha 70 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında bildirilib.
“Yenilənmiş məlumata görə, noyabrın 10-dan noyabrın 16-dək olan müddətdə Rusiya işğalçı qüvvələrinin 500-ə yaxın yaralı hərbçisi Mayorsk istiqamətindən Qorlovka şəhərinin xəstəxanalarına çatdırılıb ki, onların da xeyli hissəsi bu yaxınlarda səfərbər edilib”, - hesabatda deyilir.
Baş Qərargah həmçinin qeyd edib ki, Skadovski rayonunun Mixaylovka qəsəbəsində rusların cəmləşdiyi ərazi vurulub: "Heyət itkisi 40 nəfər, yaralananların sayı 70 nəfərdir. Yaralananlar Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisindəki xəstəxanalara aparılıblar".