İstanbulun İstiqlal küçəsində törədilən terror nəticəsində yaralanan 71 nəfər evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında məlumat verib.
Onun sözlərinə görə, İstiqlal küçəsində törədilən terror aktı nəticəsində yaralanan 81 nəfərdən 71-i evə buraxılıb:
“8 yaralının müalicəsi davam etdirilir, iki xəstə isə hazırda reanimasiyadadır”.