Ukrayna prezidenti Petro Poroşenko ABŞ Senatı tərəfindən Ukraynada azadlığa dəstək aktının qəbul edilməsini alqışlayır.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Poroşenko Avstraliyanın ən nüfuzlu mətbu orqanlarından olan "Lowy" qəzetinə müsahibəsində bildirib. O, öz nitqində Ukraynada vəziyyət və onun inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Poroşenko deyib ki, 2014-ci Ukrayna üçün xüsusi hadisələrlə yadda qalıb: “Bu il keçirilən inqilabın qələbə qazanmasını, Rusiyanın qəsbkarlığını və Donasdakı müharibəni qeyd edə bilərəm”.
Müsahibəsinin sonunda Poroşenko Avstraliyaya dəstəyə görə bir daha təşəkkür edib.
Samir