Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hazırkı Prezident Kasım-Jomart Tokayevi prezident seçkilərində qələbə qazanması münasibətilə ilk təbrik edən olub.
Teleqraf.com xəbər verir ki, bu barədə sabiq prezidentin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və xalqın apardığınız genişmiqyaslı islahatlar və yeni təşəbbüslərə sarsılmaz inamının danılmaz sübutu, eləcə də dövlətimizin müstəqilliyinin təhlükə altında olduğu kritik saatlarda göstərdiyiniz mətanət, qətiyyət və müdrikliyin etirafıdır. Sizə hər zaman xalqın bütöv dəstəyi və hörmətindən istifadə etməyi arzulayıram”, - Nazarbayev qeyd edib.