İran təzyiqlərə boyun əyməyəcək və beynəlxalq normalara uyğun olaraq nüvə proqramını davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatına cavab olaraq bildirib.
O qeyd edib ki, Qərb dövlətləri bir sıra beynəlxalq təşkilatlar vasitəsilə İrana təzyiq göstərməyə çalışırlar. Lakin İran uranın zənginləşdirilməsini və nüvə proqramını davam etdirəcək.
Qeyd edək ki, ötən gün AEBA bəyanatla çıxış edərək, İranı qanunsuz olaraq uranın zənginləşdirməkdə və nüvə proqramını davam etdirməkdə ittiham edib.