21 Noyabr 2022 08:21
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç və Finlandiya terrorla mübarizə qanunlarını sərtləşdirməli və terrorizm və PKK kimi terror təşkilatları ilə mübarizə sahəsində Türkiyə də daxil olmaqla NATO ilə əməkdaşlığı genişləndirməlidir.

Teleqraf.com xəbər verir ki, bunu bazar günü "SVT" telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Antiterror qanunvericiliyinin sərtləşdirilməsi, terrorizmlə mübarizədə əməkdaşlığın gücləndirilməsi və silah ixracına vacibdir. Türkiyə üçün bu, vacibdir, çünki Türkiyə ən çox terror hücumlarına məruz qalan NATO ölkəsidir və buna görə də bundan narahatdır. Bu, mütənasib olmalıdır, amma Türkiyənin terror hücumlarından müdafiə olunmaq hüququ var", - deyə Stoltenberq bildirib.

NATO-nun bşa katibi İsveç və Finlandiyanın üzvlük ərizələrinin ratifikasiyasının uzun müddət tələb etməsini "normal" adlandırıb. O vurğulayıb ki, 30 üzv dövlətdən 28-i artıq bunu edib. "Bu dəfə hər şeyin belə sürətlə getməsi normal deyil", - deyə Y.Stoltenberq əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər