Luqansk vilayətində rus ordusu ilə şiddətli döyüşlər davam edir. Ukrayna Müdafiə Qüvvələri üstün düşmən qüvvələrinin önünü kəsib.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin Sirotino qəsəbəsi ərazisində Rusiya hərbi karvanını darmadağın etməsi barədə məlumatı təsdiqləyib.
“Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində yerli sakinlərin məcburi köçürülməsi tədbirləri davam etdirilir. Belovodsk sakinləri məcburən Luqansk şəhərinə köçürülüb”, - Baş Qərargah qeyd edib.
Ən çətin döyüşlər indi Şərq cəbhəsində gedir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Luqansk vilayətinin azad edilməsi üzrə hərbi əməliyyat çətin keçəcək, çünki rus işğalçıları regionda möhkəmlənməyə nail olub və qondarma “LPR” yaraqlıları timsalında dəstək alıblar.
Noyabrın 18-də məlum olub ki, rus ordusu Xerson vilayətindən çıxardığı qoşunlarını müvəqqəti işğal olunan Novoaidara (Luqansk vilayəti) yeridir.
Luqansk rəhbəri Sergey Qayday bildirib ki, Ukrayna Silahlı Qüvvələri Svatov istiqamətində sürətlə, lakin ehtiyatla irəliləyir.