21 Noyabr 2022 09:59
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran polisi tərəfindən saxlanılan və işgəncələrdən sonra vəfat edən 22 yaşlı Məhsa Əmini olayından sonra başlayan etirazlar səngimir. Gərginlik fonunda hicablarını çıxarıb sosial şəbəkədə foto və video paylaşan məşhur aktrisalar da həbs edilir.

Teleqraf.com xəbər verir ki, keçmiş dövrdə oxşar ictimai hərəkatlarda səsini çıxarmayan iranlı aktyor və aktrisalar son zamanlar ictimaiyyərə bəyanat və mesajlar verirlər. Ölkənin iki aparıcı sənətçisi Henqame Qaziani və Katayun Riahi sosial mediadakı paylaşımlarına görə saxlanılıb.

İranın rəsmi xəbər agentliyi İRNA aktyor və aktrisaların hərəkətlərini “təxribat” kimi qiymətləndirib. Noyabrın 19-da Qaziani İnstaqramda bir video paylaşıb. Videoda Qazianinin küçədə hicabını çıxardığı görüntülənib. Videoya “Bəlkə bu, mənim son yazım olacaq. Amma bu andan başıma nə gəlirsə, bilin ki, son nəfəsimə qədər İran xalqının yanında olacağam” qeydi yazılıb.

Görüntülərdə Qaziani danışmadan kameraya baxır və hicabını çıxardıqdan sonra saçlarını "at quyruğu" formasına salır. Qaziani ötən həftə etdiyi paylaşımda İran hökumətini də “uşaq qatili” adlandırıb və 50-dən çox uşağın ölümünə görə məsuliyyət daşıdığını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər