Türkiyənin "Anadolu" Agentliyinin (AA) xəbərlərindən icazəsiz və istinad edilmədən istifadə etdiyi üçün iki internet saytının rəhbəri həbs olunub.
Teleqraf.com xəbər verir ki, agentliyin iddiasına əsasən "dadastv.com" saytının sahibi və baş direktoru bir il müddətinə azadlıqdan məhrum edilib. "Gazeteguncel.com" saytının əlaqələndircisinə isə 10 ay iş kəsilib.
Hər iki media rəhbərləri Türkiyənin "İntellektual mülkiyyət və yaradıcılıq haqqında" qanununa əsasən cəzalandırılıb.