Rusiyanı dünyadan təcrid etmək cəhdi Qərbdə çox ciddi əks təsirlər göstərəcək və nəticələri də ağır olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcab Tayyib Ərdoğan “Rossiya1” telekanalının “Mosova.Kremlin.Putin” proqramına açıqlamasında deyib.
Prezident Ərdoğan qeyd edib ki, Polşa bu bədəli getdikcə daha çox ödəyir: “Avropa İttifaqı, xüsusilə də Polşa Rusiyanı təcrid etməyin əvəzini sonsuza qədər ödəyəcək”.
Ukrayna ilə Rusiya arasındakı gərginliyə toxunan Türkiyə lideri bildirib: “Ukrayna böhranında qalib olmayacaq və sülhün bərqərar olmasından bütün tərəflər faydalanacaq”.