21 Noyabr 2022 16:50
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə danışmamışam”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu əməliyyatla bağlı nə cənab Bayden, nə də Putinlə danışmışam. Amma həm cənab Bayden, həm də cənab Putin artıq bilirlər ki, bu regionda istənilən vaxt belə şeylər edə bilərik. Həmişə deyirik ki, bir gecə qəfil gələ bilərik. Türkiyənin təhlükəsizlik təşkilatı və biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona qərar veririk və o addımı da atırıq. Amerika bu məsələ ilə bağlı bizi tanımalıdır. Yəqin tanıyır. İnşallah, hamı görəcək ki, bundan sonra bu yöndə necə qətiyyətlə daha mühüm addımlar atacağıq”, - Türkiyə lideri bildirib.

Prezident Ərdoğan ABŞ-ın terror təşkilatlarını dəstəklədiyini də bildirib:

“Bizi təəssüfləndirən budur ki, NATO-da Amerika ilə bir yerdəyik, amma Amerika minlərlə alət, avadanlıq, sursat, silahı Suriyadakı terror zonasına göndərib. Bu haqda Obama, Tramp və Baydenə də bildirmişəm. Onlara dedim ki, “NATO-da sizinlə bir yerdəyik, iki mühüm müttəfiqiyik. Bizə cənubdan belə bir təhlükə gəldiyi üçün buradakı terror təşkilatlarına bu dəstəyi verməklə bizi çətin vəziyyətə salırsınız. Əlbəttə, bu problemlərlə yaşaya bilmərik, lazım olanda onlara lazımi cavabı verməli olacağıq”.

Təbii ki, heç nə deyə bilməzlər. Biz bu məqamda nə lazımdırsa, etmişik, edirik və edəcəyik. Biz bu məsələdə heç vaxt güzəştə gedə bilmərik, çünki belə güzəştlər ölkəmiz üçün problemdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər