İran millisinin futbolçuları Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirdikləri B qrupunun ilk tur oyunundan öncə dövlət himnini oxumayıblar.
Teleqraf.com xəbər verir ki, yığma üzvləri ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar.
Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab Avropa təmsilçisinin xeyrinədir - 3:0.