12 Dekabr 2014 14:27
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Afinadakı səfirliyinin binasına silahlı hücum olub.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında naməlum şəxslər “Kalaşnikov” avtomatı ilə Afinanın ən yaxşı qorunan yerlərindən biri kimi tanınan İsrail səfirliyini atəşə tutublar.

Hücumun motosikletli iki nəfər tərəfindən edildiyi iddia edilir. Polis hadisənin baş verdiyi yerdə ondan artıq giliz aşkar edib. Hücum nəticəsində can itkisi olmasa da, bina ciddi ziyan dəydiyi bildirilir.

Rəsmilər hücumun Qərbi İordanda fələstinli nazir Ziyad Əbu Anın İsrail əsgərləri tərəfindən öldürülməsinə reaksiya kimi qiymətləndirib.

Samir


Müəllif:

Oxşar xəbərlər