22 Noyabr 2022 11:04
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan xarici işlər naziri Nikos Dendias Bəhreynin paytaxtı Manamada keçirilən beynəlxalq konfransda gərginliyi artıracaq açıqlama verib.

Teleqraf.com xəbər verir ki, yunan nazirin Türkiyə ilə bağlı bu dəfəki açıqlaması da təxribat xarakterli olub.

“Yunanıstan beynəlxalq dəniz hüququna əsasən, öz ərazi sularını 12 mil genişləndirmək hüququndan istifadə etmək durumunda Türkiyə başqa bir ölkəni – Yunanıstanı müharibə ilə təhdid edən yeganə ölkədir. XXI əsrdə bu necə ola bilər? Türkiyə baş bəlası kimi davranır. Türkiyə beynəlxalq hüququ qəbul etmir. Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyən NATO üzvü ölkədir”, - Dendias bildirib.

Konfransda iştirak edən Türkiyənin Bəhreyndəki səfiri Esin Çakıl Nikos Dendiasın açıqlamasına reaksiya verib.

“Türkiyənin xarici siyasəti sülh, beynəlxalq hüquq və diplomatiya prinsiplərini rəhbər tutur. Biz Antalya və İstanbulda Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etdik. Prezident Ərdoğan və Türkiyə haqqında dedikləriniz qəbuledilməzdir”, - səfir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər