22 Noyabr 2022 16:29
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mərsin vilayətində “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisi davam edir.

Teleqraf.com xəbər verir ki, “Akkuyu” nüvə proyektinin rusiyalı baş direktoru Anastasiya Zoteva görülən işlərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, stansiyada birinci reaktorla yanaşı, digər reaktorların tikintisi də eyni vaxtda davam edir:

“Gələn ili səbirsizliklə gözləyirəm. 2023-cü ildə bütün tikinti işlərini yekunlaşdıracağıq və birinci enerji bloku üçün təzə yanacaq ölkəyə gətiriləcək”.

Zoteva nüvə yanacağının istehsal olunaraq Türkiyəyə gətirilməsi üçün bunun mühüm mərhələlərdən keçməsinin lazım olduğunu vurğulayıb:

“Son dörd ildə şirkətlərimiz və aidiyyəti qurumlarımız bu məsələ üzərində çox ciddi işləyirlər. Nüvə yanacağı istehsalı zamanı çox mühüm proseslərdən keçir və ciddi nəzarət olunur.

Nüvə yanacağının saxlanacağı obyekt hazır vəziyyətə gətirilib və yanacağın istehsalına başlanılıb. Buna əsasən, nüvə yanacağının gələn il may ayının sonuna kimi ölkəyə gətiriləcəyi gözlənilir. Bizim üçün də maraqlı hadisədir”.

Onun sözlərinə görə, AES-in fəaliyyət göstərdiyi müddətdə Türkiyə iqtisadiyyatına verəcəyi töhfənin 50 milyard dollar olacağı proqnozlaşdırılır.

Məlumata görə, gücü 4800 meqavat olacaq və dörd reaktordan ibarət olacaq “Akkuyu” AES ilk reaktoru 2023-cü ildə istismara verməyi hədəfləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər