Dünyanın ən varlı adamı, amerikalı biznesmen İlon Maskın “SpaceX” şirkəti Ukraynanın “Starlink” MMC və “Ukrpatent” şirkətlərini məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, buna səbəb, milyarderin fikrincə “Starlink” ticarət nişanının məhz ABŞ şirkətinə məxsus olması olub.
Halbuki, Ukraynanın “Starlink” MMC şirkəti dövlət əmtəə nişanı reyestrinə əsasən, qeydiyyat üçün hələ 2010-cu ilin martında müraciət edib. Markanın özü isə 2011-ci ilin fevralında qeydə alınıb.
Eyni zamanda, ABŞ-ın “Starlink” şirkəti 2022-ci ilin aprelində Ukrayna bazarına daxil olub və hazırda “Starlink Ukraine” MMC adı altında fəaliyət göstərir.
İş üzrə ilk məhkəmə iclası dekabrın 8-nə təyin edilib.