ABŞ administrasiyası İran hakimiyyətinin etirazçılara qarşı artan zorakılığından narahatdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib.
Onun sözlərinə görə, İran günahkarları məsuliyyətə cəlb etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcək:
“Biz İranda dinc nümayişlərə qarşı güclənən zorakılıqdan ciddi narahatlıq keçiririk. Biz dinc nümayişçiləri həbs edən və onlara atəş açan İran hakimiyyətini qınayırıq”,- deyə o bildirib.