Almaniyanın keçmiş kansleri Gerhard Şröder Türkiyəni dünyaya təsir edən taxıl böhranının həllində oynadığı rola görə təqdir edib.
Teleqraf.com xəbər verir ki, eks-kansler Rusiya-Ukrayna müharibəsi səbəbiylə Avropada enerji və taxıl çatışmazlığı yarandığını bildirib.
“Türkiyə və Prezident Ərdoğanın səyləri beynəlxalq aləmdə təqdir edilir. Türkiyə Cümhuriyyəti və prezidentinin bu məsələdə çox mühüm rolu olub. O, hər iki tərəfin, xüsusən də beynəlxalq diplomatiyanın etimadını və təqdirini qazanıb. Düşünürəm ki, ərzaq probleminin həlli ilə bağlı aparılan bu fəaliyyət müharibəni bitirmək üçün də çox yaxşı bir nümunə olacaq”, - Şröder söyləyib.