23 Noyabr 2022 11:56
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Nümayəndələr Palatasının yeni sədrinin Tayvana səfərinə mane olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Növbəti spikerin kim olacağı, onun getmək istəyib-istəməyəcəyi ilə bağlı spekulyasiyaya yol vermədən deyim ki, Konqres üzvlərinin xarici səfərlərini dəstəkləyəcəyik”, - Kirbi bildirib.

O, Konqres üzvlərinin xaricə səyahət etmək, o cümlədən Tayvana səfər etmək hüququna malik olduğunu vurğulayıb. Kirbinin sözlərinə görə, Ağ Evin yeni spikerin mümkün səfərinə cavabı, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən heç bir fərqi olmayacaq.

“Qanunvericilər hökumətin ayrıca qoludur”, - ABŞ rəsmisi vurğulayıb.

Qeyd edək ki, palatanın hazırkı sədri Nensi Pelosinin avqus ayında Tayvana səfəri Çinlə ABŞ arasında gərginliyə səbəb olmuşdu. Səfər iki ölkə arasında müharibənin başlayacağı müzakirələrinə yol açmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər