Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Komandanlığının yüksək rütbəli nümayəndəsi ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Açıqlamada SEPAH-ın elit qüvvələrinin polkovniki Davud Cəfərinin ölümünə görə İsrail kəşfiyyatı ittiham edilib.
İranlı polkovnik dünən səhər saatlarında Dəməşqdə bombanın partlaması nəticəsində həyatını itirib.