23 Noyabr 2022 17:25
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yenidən Ukraynaya raket hücumu edib. Kiyev daxil olmaqla, əksər şəhərlərdə xəbərdarlıq edilib və insanlardan dərhal sığınacaqlara düşmələri, təhlükəsiz yerlərə getmələri istənilib.

Teleqraf.com-un məlumatına görə, Nikolayev vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kim deyib ki, Rusiya Federasiyası ən azı 9 Tu-95 bombardmançı təyyarəsini səmaya qaldırıb.

Mariupol yaxınlığına aviasiya ən azı 5 raket atıb. Daha sonra Kim çoxlu raketlərin olduğunu bildirib. Qeyd olunub ki, ruslar əsasən cənubdan və şərqdən uçurlar: “Cənub zonası raket zərbələri təhlükəsi ilə üzləşib. Raketlər Odessaya uçur”.

Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri Nikolay Lukaşuk regionda raket təhlükəsinin olduğunu bildirib. O deyib ki, hava hücumundan müdafiə sistemləri işləyir.

Eyni zamanda, Kiyev regional dövlət administrasiyasının rəhbəri Oleksey Kuleba da bölgədə raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edib: “Bölgəyə raket hücumu təhlükəsi var. Sığınacaqlarda və təhlükəsiz yerlərdə qalın”.

Poltava vilayətinin rəhbərliyi partlayış səsləri barədə məlumat verib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak qeyd edib ki, Rusiya Avropa Parlamenti tərəfindən terrorizmin himayədarı kimi tanıdıqdan dərhal sonra raket hücumu edib.

“Terrorçular dərhal terrorçu olduqlarını təsdiqləyirlər - raket atırlar. Uduzanlar...".

Raket hücumundan sonra Kiyev şəhəri susuz və işıqsız qalıb.


Müəllif: Nemət

Oxşar xəbərlər