Qazaxıstanın Rusiyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, dövlət və siyasi xadimi İmanqali Tasmaqambetov 2023-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu tutacaq.
Teleqraf.com xəbər verri ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT sammitinin açılışında deyib.
"Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurur. Mən ona görülən işlərə görə təşəkkür etmək istəyirəm. 2023-cü ilin əvvəlindən KTMT-nin baş katibi vəzifəsini Qazaxıstanın nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, Tasmaqambetov müxtəlif illərdə Qazaxıstanın baş naziri, Astana və Almatı şəhərlərinin akimi (meri) olub. 2017-2019-cu illərdə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda Rusiyanın avtomobil korporasiyası olan "KamAZ" ASC-nin direktorlar şurasının üzvüdür.