Boko Haram terror təşkilatı 400 döyüşçü ilə Kamerunun şimalına gecə saatlarında hücum təşkil edib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, Kamerunun Nigeriya ilə sərhədindəki Amçid şəhərinə edilən hücum zamanı 180 terrorçunun öldürüldüyü açıqlanıb. Yayılan məlumatlara görə, qarşıdurma zamanı yerli qüvvələr arasında itki olmayıb.
Kamerun hakimiyyəti hələlik hücum faktını rəsmən təsdiq etməyib.
Samir