Pentaqondan Türkiyənin PKK/YPG terror təşkilatına qarşı keçirdiyi “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı növbəti bəyanat verilib.
Teleqraf.com xəbər verir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələri komandanı Pat Rayder açıqlama verib.
O bildirib ki, bu əməliyyatlar nəticəsində Türkiyə və Suriyada mülki vətəndaşların həlak olmasını pisləyir və başsağlığı veririk:
"Biz mülki infrastrukturun qəsdən hədəfə alınması ilə bağlı xəbərlərdən narahatıq”.
Bəyanatda ABŞ-ın Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını anladığı və atəşkəsin təşkili üçün Türkiyə və yerli tərəfdaşlarla danışıqları davam etdirəcəyi qeyd edilib.
“Röyter” agentliyi bu bəyanatın ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatına bu günə qədər verdiyi ən sərt reaksiya olduğunu bildirib.
Qeyd edək ki, PKK/YPG-nin bağlı olduğu Suriya Demokratik Qüvvələrinə dəstək verən ABŞ-ın Suriyanın şimalında 900-ə yaxın əsgəri var.