24 Noyabr 2022 12:29
4 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyada həyata keçirdiyi anti-terror əmliyyatı zamanı ABŞ əsgərlərinin olduğu bazanın 130 metrliyində yerləşən hədəfləri də vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası yazır.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü polkovnik Joe Buccino ABŞ-ın Suriyadakı vəziyyəti qeyri-sabitləşdirəcək hər hansı bir hərbi əməliyyata qarşı olduğunu bildirib və deyib ki, türk təyyarələrinin sərhədyanı əməliyyatı ortaq məqsədlərimizi təhdid edir.

Bununla belə CENTCOM-un sözçüsü Suriyadakı 900 nəfərlik ABŞ əsgərlərinin harada yerləşdirildiyini açıqlamır:

“Hərbi bazanın yerini hazırda açıqlaya bilmərik".

“Amerikanın Səsi” isə xəbər verir ki, sözügedən baza Suriyanın şimalında Həsəkə yaxınlığındadır. “Amerikanın Səsi” xəbərini Pentaqon rəsmisinə əsaslandıraraq noyabrın 22-də həyata keçirilən hava hücumunun ABŞ əsgərlərinin Həsəkədəki müştərək bazasından 300 metr aralıda həyata keçirildiyini açıqlayıb.

Xəbərdə diqqət çəkən başqa bir detal isə CENTCOM-un 22 noyabr çərşənbə axşamı hücumu etiraf etməsi və Həsəkənin şimalındakı bazada heç bir ABŞ əsgərinin olmadığını bildirməsi olub.

“Washington Post” qəzetində dərc olunan təhlildə isə türk döyüş təyyarələrinin amerikalılara “təhlükəli” yaxın olan hədəfləri vurduğu bildirilib. Əlavə olunub ki, Türkiyənin bombardmanı ABŞ əsgərlərinə 130 metr məsafədə baş verib.

Yazının müəllifi David İqnatius 130 metrlik məsafə haqqında məlumatı ona CENTCOM-un sözçüsü polkovnik Buçino elektron poçt vasitəsilə verdiyini vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər