Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bunu komissiyanın sədri Ursula von der Lyayen deyib.
“Əminəm ki, tezliklə Rusiya neftinin qlobal qiymətini təsdiqləyəcəyik",-deyə von der Lyayen bildirib.
O qeyd edib ki, Rusiyanın hücumlarına görə Ukrayna xalqı qışı işıqsız keçirməyə məcbur olub:
"Körpələr, onların valideynləri qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları şiddətlə qınayıram. Bunlar müharibə cinayətləridir”.