24 Noyabr 2022 23:47
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 25-də Türkiyəyə iki günlük rəsmi səfərə yola düşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şahbaz Şərif səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Liderlər ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparacaq, regiondakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

Şahbaz və Ərdoğan, həmçinin "PNS Khaibar" gəmisinin suya buraxılması mərasiminə qatılacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər