Macarıstandan İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, iki ölkənin mümkün üzvlüyünü dəstəklədiklərini bildirən Macarıstan Baş naziri Viktor Orban bununla əlaqədar parlamentdə səsvermənin 2023-cü ilin ilk iclasında keçiriləcəyini açıqlayıb.
Parlamentin ilk iclası isə fevral ayında keçiriləcək.
Bir çox ölkənin “yaşıl işıq” yandırdığı İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün Türkiyənin də razılıq verməsi lazımdır. Ankara bunun üçün iki ölkənin imzaladıqları üçtərəfli sazişə əməl etmələrini və terrorla mübarizədə addımlar atmalarını gözləyir.