25 Noyabr 2022 13:56
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ötən il Yaponiyaya qarşı müharibəyə hazırlaşıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiyanın qonşu ölkələrə qarşı atdığı addımlara diqqət çəkib:

“Ukraynaya hücumdan əvvəl, daha doğrusu, 2021-ci ilin yayında Rusiya Yaponiya ilə lokal müharibəyə hazırlaşırmış. Bunu Rusiya FTX-nın (Federal Təhlükəsizlik Xidməti) əməkdaşlarının yazışmasını əldə etmiş “Newsweek” dərgisi bildirir. Məqalədə müharibəyə hazırlıqla bağlı həyata keçirilən bəzi tədbirlər də qeyd olunur.

Dərgi yazışmanın orjinallığını FTX-nin keçmiş və hazırda iş başında olan iki əməkdaşının təsdiqlədiyi bildirir. Bu da bildirilir ki, həmin ərəfədə Rusiya mətbuatında Yaponiyaya qarşı bu ölkədə faşizmin hələ də qaldığını iddia edən çoxsaylı məqalələr yer alıb. Bunu şəxsi araşdırmam da göstərir.

Bundan başqa, Yaponiyaya yaxın ərazilərdə REM (radioelektron mübarizə) vasitələrilə təhciz olunmuş çoxsaylı helikopterlər uçuşlar etməyə başlayıb. Eyni zamanda, FTX (FSB) 2021-ci il avqust ayının əvvəllərində gözlənilmədən İkinci Dünya Müharibəsi dövrü ilə bağlı bir sıra sənədləri ictimailəşdirib.

Həmin addım isə müharibə zamanı yapon xüsusi xidmətlərinin sovet vətəndaşlarına qarşı törətdiyi işgəncələrlə və onların üzərində aparılan bioloji eksperimentlərlə bağlı sənədlərin üzərindən məxfiliyin götürülməsindən və onların ictimailəşdirilməsindən ibarət olub.

Ekspertlər hesab edirlər ki, həmin addımın məqsədi Rusiya cəmiyyətini müharibəyə hazırlamaq olub. Demək olar ki, analoji “motivlərlə” analoji addımlar da Ukraynaya qarşı başladılan müharibə ərəfəsində atılıb.

Açıq qalan sual isə budur ki, Rusiyaya müharibə hansı səbəbdən lazım olub?

Bu, sualın cavabı isə yalnız Putin rejimi süquta uğrayacağı halda aydın ola bilər. Hətta bu baş verərərsə belə və hətta Putin rejiminin çökəcəyi halda da, həmin sirlərin açılacağına heç bir əsaslı təminat yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu