9 May 2014 10:32
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyinin Korrupsiyaəleyhinə və İqtisadi təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Denis Suqrubov qayıqla Azərbaycana keçməyə cəhd edərkən saxlanılıb.

D. Suqrubov idarənin 12 əməkdaşı həbs edildikdən sonra vəzifəsindən qovulmuşdu. General cinayət qruplaşması yaratmaq, korrupsuya və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərində ittiham edilir.

Denis Suqrubovun Volqa ilə Xəzər dənizinə keçmək və oradan qayıqla Azərbaycana gəlib çatmaq istədiyi bildirilir. Generalın üzərindən xarici pasportun çıxması belə düşünməyə əsas verib. General Denis Suqrubov ittihamlarla razılaşmır. Araşdırma davam edir./anspress/


Müəllif: