26 Noyabr 2022 09:46
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini İzzət Ülvi Yöntər Suriya lideri Bəşər Əsədlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüşlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, MHP rəsmisi açıqlamasında belə bir görüşün mümkün ola biləcəyini istisna etməyib.

MHP lideri Dövlət Baxçalının açıqlamalarını xatırladan Yöntər “Tezliklə görüş gözləyirsinizmi” sualına belə cavab verib:

“Regional şərait, dinamik regional və beynəlxalq xarakter daşıyan yeni gəlişmələr, qonşuluq hüququ, əsrlərdən bəri mövcud olan birlik və həmrəylik, inanclara söykənən bağlar bizi Əsədlə görüşməyə vadar edir. Həll edə bilməyəcəyimiz, bölüşə bilməyəcəyimiz problem yoxdur.

Əsədlə görüşün iki əsas töhfəsi olacaq. Birincisi, terrorla mübarizədə effektli blok formalaşacaq. İkincisi, Türkiyədəki suriyalı qaçqınların öz ölkələrinə qayıtması üçün heç bir maneə qalmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu