26 Noyabr 2022 12:12
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qonşu dövlətlərlə - Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı rəsmi Astananın xarici siyasətinin əsas prioritetlərindən biri adlandırıb.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı andiçmə mərasimində qarşıdakı dövr üçün xarici siyasətində prioritetlərini sadalayıb.

“Prioritet diqqət qonşu dövlətlərlə - Rusiya, Çin və Mərkəzi Asiyanın qardaş ölkələri, inteqrasiya birliklərindəki tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərinə yönələcək”, - prezident inauqurasiya nitqində bildirib.

Tokayev onu da qeyd edib ki, Qazaxıstan ABŞ, Avropa Birliyi, Asiya, Yaxın Şərq və Cənubi Qafqaz dövlətləri, eləcə də bütün maraqlı ölkələrlə çoxşaxəli əməkdaşlığın inkişafı üçün bütün səyləri göstərmək niyyətindədir.

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Tokayev bu gün Müstəqillik Sarayında xalq qarşısında and içərək dövlət başçısı kimi fəaliyyətə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu