Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Avropa ölkələrindən fərqli olaraq qış dövrünə enerji baxımından problemsiz daxil olur.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bunu Konyada bir sıra iri infrastruktur və müdafiə obyektlərinin açılış mərasimində deyib.
“Avropa ölkələri enerji böhranı ilə əlaqədar qışı necə keçirəcəklərini düşünərkən, biz qışa rahatlıqla giririk” – deyə Ərdoğan qeyd edib.