26 Noyabr 2022 23:59
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev də daxil olmaqla, ölkənin 15 regionunda elektrik enerjisinin verilməsində məhdudiyyətlər davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski öz Teleqram kanalında bildirib.

Ukrayna lideri qeyd edib ki, noyabrın 26-da səhər saatlarında işıqsız qalan abonentlərin sayı noyabrın 25-i axşama nisbətən iki dəfə azalıb.

Zelenskinin sözlərinə görə, energetiklər Ukraynanın enerji sistemini bərpa etməyə davam edirlər və ölkədə elektrik enerjisi istehsalı və təchizatı üçün əlavə imkanlar yaranıb, lakin bu, təchizatın tam stabilləşdirilməsi üçün kifayət deyil.

“Axşam saatlarında istehlak artarsa, kəsilmələrin sayı arta bilər. Bu bir daha onu göstərir ki, indi enerjiyə qənaət və rasional istehlak etmək nə qədər vacibdir”, - deyə Ukrayna prezidenti vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər