27 Noyabr 2022 08:21
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi ölkələrdə ikidən çox rusiyalı diplomat qalmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TVC kanalına müsahibəsində deyib.

“Söhbət əsasən Avropa İttifaqı ölkələrindən və qeyri-dost elan etdiyimiz ölkələr gedir. Ona görə də onlar bizim diplomatik mövcudluğumuzu praktiki olaraq minimuma endirdilər. Hazırda bir və ya iki diplomatımız olan ölkələr var”, - deyə Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Rusiya diplomatlarının bu dövlətlərdə işləməsinə hələ də ehtiyac var, çünki onlar Rusiya Federasiyasının vətəndaşlarına kömək edir və iqtisadi əlaqələrin qorunub saxlanmasına töhfə verirlər.

Mariya Zaxarova onu da bildirib ki, Avropa ölkələrinin liderləri öz siyasətləri ilə Avropa İttifaqını enerji böhranına sürükləyiblər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər