Papa Fransisk ilə keçmiş əməkdaşı kardinal Angelo Becciu arasında telefon danışığı gizli şəkildə qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, bu hal kardinalın təqsirləndirildiyi mənimsəmə işi üzrə məhkəmə iclası zamanı üzə çıxıb. Məhkəmə, 24 iyul 2021-ci il tarixli səs yazısını dinləyib, orada Becciu Papadan Afrikada İslam yaraqlıları tərəfindən qaçırılan rahibənin azad edilməsinə kömək etmək üçün ödənişlərə icazə verdiyini təsdiqləməyi xahiş edib.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçaev Avropa İttifaqı ölkələrində yaşayan rusiyalıların mobil cihazlarının üçüncü şəxslər tərəfindən dinlənildiyi deyərək, onları ehtiyatlı olmağa çağırıb.