27 Noyabr 2022 10:22
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Çin rəsmilərindən izahat istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilib.

Türkiyə XİN Urumçidə baş vermən yanğın nəticəsində həlak olanlarla bağlı dərin hüzn hissini ifadə edib.

Nazirlik bu faciəvi hadisə ilə əlaqədar ailələrinə və yaxınlarına başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayır.

"Yanğının səbəbləri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını gözləyirik", - deyə qeyd olunub.

Qeyd edək ki, Urumçidə karantinə alınan evdə baş verən yanğında 10 nəfər ölüb.


Müəllif: Teleqraf.com