27 Noyabr 2022 21:55
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madriddə on minlərlə insan mərkəzi meydana toplaşaraq baş naziri Pedro Sançesin istefasını tələb ediblər.

Teleqraf.com xəbər verir ki, aksiya ifrat sağçı “Vox” partiyasının təşəbbüsü ilə təşkil olunub. Etirazçılar hesab edirlər ki, Sançes hökuməti ölkə sakinlərini iqtisadi böhrandan, malların, elektrik enerjisinin və yanacağın bahalaşmasından xilas edə bilmir.

Polisin hesablamalarına görə aksiyada 30 minə yaxın adam iştirak edib, lakin təşkilatçılar 80 mindən çox nümayişçinin toplaşdığını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər