Çində əhali sərt anti-COVID məhdudiyyətlərinə qarşı etiraz aksiyaları keçiriblər.
Teleqraf.com xəbər verir ki, ilk olaraq ölkənin şərqində yerləşən çoxmilyonlu Şanxayın sakinləri etiraz aksiyasına çıxıblar.
Çinin ən nüfuzlu ali təhsil ocağı olan Pekindəki Sinxua Universitetinin tələbələri də sərt anti-COVID məhdudiyyətləri ilə razılaşmadıqları üçün etiraz aksiyası keçiriblər.