Normand adalarındakı keçmiş nasist həbs düşərgəsi təxminən 48 000 dollara satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, normand adalarının Fransa sahillərində yerləşən Cersi və Gernsi əraziləri İkinci Dünya müharibəsi zamanı işğal olunmuş yeganə Böyük Britaniya ərazisi idi.
Düşərgə Gernsidən şimalda kiçik Alderney adasında yerləşir. Burada bir neçə səngər, artilleriya stansiyası, bunker və çoxsaylı döyüş meydançaları var. Faşist Almaniyasından 24 əsgər və üç zabit burada yaşayıb.
7 hektar ərazisi olan mülkün əsrarəngiz dəniz mənzərəsi var.