28 Noyabr 2022 10:44
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xameneyinin bacısı qızı Fəridə Muradxaninin ötən günlərdə saxlanılmasından sonra molla rejimini öz iqtidarını qorumaq üçün qanun və qaydaları kobud formada ittiham etdiyi videosu yayımlanıb.

Teleqraf.com xəbər verir ki, Mahmud Muradxani Tvitter hesabında bacısının ötən həftənin çərşənbə günü çağırışdan sonra prokurorluğa getdiyini və daha sonra həbs olunduğunu deyib.

Muradxani daha sonra bacısı Fəridənin nə vaxt çəkildiyi bəlli olmayan videosunu yayıb.

Fəridə Muradxani videoda bildirir ki, İran xalqının rejimi devirmək üçün xarici yardıma ehtiyacı yoxdur, amma digər ölkələr İslam Respublikasına dəstək verməməlidirlər. İran rejimini dini prinsiplərinin heç birinə əməl etməməkdə, zorakılıq tətbiq etməkdə və hakimiyyəti əlində saxlamaq üçün heç bir qanun və qayda tanımamaqda ittiham edən Muradxani iranlıların azadlıq mübarizəsində tək qaldığını deyir.

Fəridə İrana qarşı tətbiq edilən sanksiyaların təsirsiz olduğundan şikayət edərək BMT-nin bu zülmə qarşı bir neçə qısa və təsirsiz bəyanatdan başqa heç nə etmədiyini söyləyir.

Muradxani bir iranlı qadın kimi bütün dünya xalqlarından iranlılara dəstək olmalarını xahiş edir:

“Azad insanlar, bizimlə olun”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər