28 Noyabr 2022 13:05
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Boeing” şirkətinin təklifi ilə Ukraynaya 150 km mənzilli sursat göndərməyi nəzərdən keçirməyə başlayıb. Bu, Ukrayna ordusuna Rusiya qoşunlarının arxa cəbhəsini vurmağa imkan verəcək.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın aerokosmik və müdafiə sənayesi istehsalçısı “Boeing” Ukrayna və Şərqi Avropa ölkələri üçün istehsala buraxılacaq “Land Launched Small Diameter Bomb” (GLSDB) adlı sursat üçün Pentaqona təklif verib.

“Reuters”in əldə etdiyi məlumata görə, GLSDB ən tez 2023-cü ilin yazında təhvil verilə bilər.

Ukrayna əvvəllər ABŞ-dan təqribən 300 km mənzilli ATACMS idarəolunan raketləri almaq istəsə də, Amerika bu tələbi qəbul etməyib.

Təxminən 150 km məsafəyə malik olan GLSDB Ukraynaya Rusiyanın cəbhənin arxasındakı sursat anbarlarına və qərargahlarına zərbələr endirmək və təchizat xətlərini sıradan çıxarmaqla əks-hücuma keçmək imkanı verə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər