28 Noyabr 2022 14:25
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Economist” elektrik enerjisi qiymətlərində kəskin artımın qışda ölüm hallarına təsirini araşdırıb. Belə nəticəyə gəliblər ki, bu proses qışda 147 000 insanın ölümü ilə nəticələnəcək.

Teleqraf.com xəbər verir ki, nəşr xüsusilə sərt qışda bu rəqəmin 185 000-ə qədər yüksələ biləcəyini, lakin mülayim qışda belə 79 000 nəfərin öləcəyini proqnozlaşdırır.

“TheEconomist”in statistik modelinə bütün Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, Norveç və İsveçrə daxildir.

Model göstərdi ki, normal hava şəraitində elektrik enerjisinin qiymətinin 10 faiz artması ölüm hallarının 0,6 faiz artması ilə əlaqələndirilir (bura texniki problemlər, maddi durum, yeni sistemlərdən istifadə zaman törədilən qəzalar daxildir).

Nəticələrə görə, daha yaşlı əhaliyə və xüsusilə yüksək elektrik qiymətlərinə malik İtaliyada ən çox ölüm olacaq. Estoniya və Finlandiyada da vəziyyət oxşardır. Böyük Britaniya və Fransa qiymət məhdudiyyətləri ilə daha münasib durumdadır. Həmçinin normal qiymətlər tətbiq edən Avstriyada qışda ölümlərin azalacağı gözlənilir.


Müəllif: Nemət