28 Noyabr 2022 23:57
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Moskvadakı səfiri Robert Kvile Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Norveçdə pilotsuz uçuş aparatlarından istifadə edən rus vətəndaşlarının həbs edilməsidir.

Nazirlik Norveçin qəbul etdiyi qərarlara reaksiya verən açıqlama dərc edib.

“Ruslara qarşı cəzaların siyasi motivli olduğu və ədalət prinsipləri ilə heç bir əlaqəsi olmadığını qeyd edirik”,-deyə nazirliyin bəyanatında bildirilib.


Müəllif: Teleqraf.com