Rusiya qoşunları gecə saatlarında Dnepr şəhərinə dörd raket atıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.
O, itkilərin olmadığını bildirib. Amma rus qüvvələrinin gücə hücumları bununla bitməyib, Nikopol rayonunu da top atəşinə tutublar.
“Ruslar Dnepri vurdular. Gecə şəhərə bir neçə dəfə raket atıblar. Özəl müəssisələri hədəfə alıblar. Məlumata görə, ruslar Dneprə dörd raket zərbəsi ilə hücum ediblər. Ciddi dağıntı var, yanğın artıq söndürülüb”, - Rezniçenko deyib.
Ruslar “Uraqan” və ağır artilleriya ilə Nikopol rayonunu atəşə tutublar. Zərbələr əsasən Çervonoqriqoriv kəndinə endirilib.