Rusiya Ukraynadakı müharibədə hər gün yüzlərlə səfərbər edilmiş, eləcə də muzdlu əsgərini itirir. İlin sonuna qədər onlar 100.000 hərbçi itirə bilər.
Teleqraf.com xəbər verir ki, bunu videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, cəbhədə vəziyyət ağır olaraq qalır:
“İşğalçılar hələ də Donetsk vilayətində irəliləməyə, Luqansk vilayətində möhkəmlənməyə, Xarkov vilayətində hərəkətə keçməyə və cənubda müəyyən əməliyyatlar həyata keçirməyə çalışırlar. Ancaq Ukrayna Silahlı Qüvvələri müdafiəni saxlayır və hər gün düşmənə öz niyyətlərini həyata keçirməyə imkan vermir”.
“Onlar nizami ordusunu ora (Donetsk vilayətində – red.) yerləşdirirlər, orada hər gün yüzlərlə səfərbər və muzdlu əsgər itirirlər. Hətta bu il Rusiya yüz min əsgərini itirəcək” - Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna mətbuatı genişmiqyaslı əməliyyatlar başlayandan indiyədək Rusiyanın 88 mindən çox hərbçisini itirdiyini yazıb.