30 Noyabr 2022 10:55
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin davam etdiyini, Rusiya qüvvələrinin xüsusilə Donetsk cəbhəsində irəliləməyə çalışdığını, amma bu hücumların dəf olunduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, prezident cəbhədə vəziyyətin ağır olduğunu deyib.

Rusiya ordusunun Donetskdə irəliləmək üçün böyük itkilər verdiyini iddia edən Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarına irəliləmək imkanı vermədiyini söyləyib. Onun sözlərinə görə, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini əllərində saxlamağa, Xarkov vilayətində və cənubda isə irəliləməyə çalışırlar.

Rusiyanın Ukraynada müharibəyə başlamaqla cinayət törətdiyini deyən Zelenski bu ölkənin yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin mühakimə olunması üçün çox çalışdıqlarını bildirib.

“Artıq Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı daha da genişləndirəcəyik. Təəssüf ki, mövcud beynəlxalq hüquqi sənədlər (Ukrayna müharibəsi ilə bağlı) ədalət üçün kifayət deyil”, - Ukrayna lideri qeyd edib.

Zelenski müharibə cinayətkarlarının mühakiməsi üçün beynəlxalq məhkəmənin qurulmasının vacibliyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər